Adil Şirin  - UNUDULMUŞ NƏĞMƏ

Ədəbiyyat 18:39 / 10.10.2026 Baxış sayı: 380

 

Unudulmuş nəğmə kimi,

Sən yadıma düşdün bu gün.

Unudulmuş bir nəğməyəm,

Bəlkə də mən sənin üçün.

 

Gecələr göydə Aya,

Açmışam mən qəlbimi.

Bu gecə Ay bir az qərib,

Unudulmuş nəğmə kimi.

 

Könlümü alıb aparır,

Uzaqlara bir gəmi.

Yenə səni düşünürəm,

Unudulmuş nəğmə kimi.

 

Gözlərimi sürmələyib,

Ayrılıqların qəmi.

Sən yadıma düşdün bu gün,

Unudulmuş nəğmə kimi...