Adil Misirli : -   Məzəli əhvalatlar

Maraqli 18:01 / 23.09.2022 Baxış sayı: 2240

           

                                     

                                           Kamikadze

     Sovet vaxtı texnikum direktoru ona yaxın olan müəllimləri başına yığıb çay içir, televizorra baxırlarmış. Ekranda xəbərləri oxuyan aparıcı qız fələstinli kamikadzenin israil şəhərində sərnişin avtobusunda bomba partladığını, partalayış zamanı ölən və yaralananların olduğunu bildirir. Texnikum direktoru təəcüblə əlini dizinə çırparaq deyir:

          -Əə, sən öl, bu gürcülər dünyanın hər yerini ələ keçirblər eeyy...

 

                                                         Dərs

      İngilis dili dərsində direktor açıq dərsdə iştirak edir. Şagirdlər müəllimin suallarına yaxşı cavab verirlər. Fasiləyə zəng vurulan zaman hamı birlikdə sinifdən dəhlizə çıxır. Direktor müəllimə dərsdən çox razı qaldığını bildirir:

  • Sağ ol, müəllim. Yaxşı öyrətmisən, xoşuma gəldi. Uşaqlar nemes dilində əməlli-başlı danışırlar.

 

                                 

                               Redaktoru danlamalı

      

      Rayonun katibi rayon qəzetinin redaktorunu yanına çağırır. Redaktor katibin kabinetinə daxil olur. Katib isə yerində yox imiş (Yəqin qonşu otaqda özünə sığal çəkirmiş). Redaktor çox gözləyir, ora-bura baxır, katibdən isə səs-səmir çıxmır. Redaktorun gözü katibin masasının  üstündəki təqvimə sataşır.. Katibin xətti ilə təqvimin ötən  ikinci günlərin səhifələrində yazılıbmış:”Redaktoru danlamalı!” Çox fikirləşməyən redaktor katibiin qələmini götürüb onun xəttinə oxşar xəttlə gələn ikinci gün olan səhifəyə redaktoru tərifləməli sözlərini yazıb kabineti tərk edir...