Adil Misirli : - Ağrılı həyat

MƏMLƏKƏT 15:17 / 09.09.2022 Baxış sayı: 1576


    Bu dünya bir oyundur. Bu oyuna girdinsə axıra qədər oynamalsan. Ancaq bu oyunun yazılmamıış çəx qəddar, sərt qanunları var Mən bunları bilmirdim. Firavan, qayğısız xoşbəxtcəsinə yaşayırdım. Hərdən də düşünürdüm:
    Nə xoşbəxt imişəm, 
    Doğulmamışdan öncə…
   …Bəli, İnsan həyata gələndə xoşbəxt, qayğısız həyat bitir. Hər seyi əvvəlcədən görən, dərk edən insan əbəs yerə deyil ki, həyata gələndə ağlayır. Həyata aglaya ağlaya gəlir. İçəridən qovulur, yanır həyatın xoş anlarına əlvida dediyinə görə. Amma nə etməli, insan dərdli-ələmli, min bir qayğılı həyatda ömür-gün sürməlidir. Və biz bir gün dünyaya göz açan insanın bir gündə dünyadan köç edəcəyinə yanırıq, ağlayırıq. Bu da bir qanundur. Sübuta ehiyacı olmayan qanun. 
    Bu dünyadan bərk-bərk tutub yapışmağa dəyməz. Çünki ömrün müvəqqəti olduğu həyatımızda dünya boyda varliq heç kimdir. Dünya hamımızın və eyni zamanda heç kimindir. Axı dünya da bizim kimi gəldi gedərdir:
    Bu get-gəllər bazarına dəvədi dünya,
    Bu ömür-gün naxışına həvədi dünya,
    Əbədiyə qəh-qəh çəkər əbədi dünya,
    Dünya sənin,
    Dünya mənim,
    Dünya heç kimin.
    Hamının əlindən tutan, hamının əlindən çıxmaq qorxusu olan dünya. Hamıya məlum və naməlum dünya. Hamılı və heç kimli, tək, tənha dünya. Dərdi özündən də böyük dünya. Biz dünyadan gedir, onu itiririk. Hərəmiz bir dərd daşı olub sallaşırıq dünyanın ətəyindən. Getdiyimiz yerdən, ordan dünyanın o biri qoynundan ruhumuzla oğrun-oğrun baxırıq dünyaya. Hərdən dərd əlindən karıxırıq. Ömür bitəndə ulduz kimi sönür, axırıq. Bəlkə də nə yaxşı ki, bu dünyadan köçür, orda əbədi rahatlıq tapırıq. Axı ömür, yaşamaq o qədər də asan deyil. Ağrılı-açılı, ehtiyaclı, məşəqqətli ömür bəzən yorur usandırır həyatdan:
    Gündoğandan günbatana,
    Qürub edən ömrün 
    Bir
    Ağ günün görmədim…