Adil Cəfakes : - ŞEİR QADIN
Səni mənə göstərən "O" hərfini
nişan üzüyü kimi
taxacam barmağına.
On altı hecalı
bir misra bağlayacam boynuna,
boyunbağı əvəzi
Həsrətdən yazdığım
bir yarımçıq misranın sonunda
qulağını sallayacaq bir vergül.
Səni heca - heca,
qafiyə - qafiyə bəzəyəcəm,
Könül dəftərimə düşəcək adın,
şeirləşəcəksən .
Sonra da
ən böyük bir fəxri ad verəcəm sənə.
ŞEİR QADIN .