Şakir Xanhüseyn - SÜBH şeiri

Ədəbiyyat 08:43 / 25.04.2025 Baxış sayı: 1330

 

nəfəsini çək deyirsən...

iplə çəkə bilərəmmi, məsələn,

ayaqla, əllə çəkə bilərəmmi...

nəfəs çəkə bilmək;

nəfəsim dərin quyudadı,

onu çəkə bilmək, görünür, məndən

hünər istəyir,

düşün bir...

olur ki,

nəfəsi də ağır yük kimi

çəkəmmirəm;

doğurdan e,

ağır yük çəkməkdən ötə bir işdi

bəzən nəfəs ala bilmək,

birdən nəsə olur,

bir hiss dolur qəlbinə

nəfəsini belə çəkə bilmirsən, hə...