İsmayıl İmanzadə : - QARŞIMI KƏSİBLƏR ...

Ədəbiyyat 12:12 / 03.05.2025 Baxış sayı: 6811

 

(“Köçkünlər geri qayıtmaq istəmirlər!”-deyən birisinə...)

 

Acı söz yasaqdı,-hədə,-bilmirəm,

Özümü suçlayım nədə,-bilmirəm?

Getmək istəsəm də, gedə bilmirəm

Bir vaxt həsrətindən öldüyüm yerə.

 

Dikəlir qarşımda ömrün yoxuşu,

Qəriblik bir ögey ana ağuşu...

Yağır kəlmə-kəlmə tənə yağışı,

Gözümün yaşını sildiyim yerə.

 

Qəddimi bükəndə yalançı vədlər,

Sıçrayıb qabağa keçdi namərdlər...

Çoxalır günbəgün keçilməz sədlər,

Qayıda bilmirəm gəldiyim yerə...

13.04.2025