Zəka Vilayətoğlu : - Deyir

Biri bu vətənə, "Anam, ay Vətən,
Sənsiz gündüz-gecəm sitəmdir" deyir!
Biri şövqə gəlir, "Arif olanın
Sevgili cananı vətəndir" deyir!
Birinə sevgili, birinə ana
Hərə bir istəklə bağlıdır ona,
Dar gündə halına kim yana, yana,..
Gendə hamı "cənnət, gülşəndir" deyir!
Dünyanın gül açıb, gülən çağında,
Xanəndə oxuyur yar sorağında.
"Min çiçək qoxulu vətən bağında,
Könlüm bülbül kimi ötəndir" deyir!
Vətən sevgisinin tək bir adı var,
Ayrı sevinci var, ayrı dadı var,
Zəkanın qəlbində sönməz odu var,
"Ürəyim səninlə çox şəndir" deyir!
Zəka Vilayətoğlu
02.05.2025