Aprelin son günündə...

30 aprel 2025-ci il tarixdə Masallı rayonu,Boradigah qəsəbəsindəki 2 saylı tam orta məktəbi və AYB Lənkəran Bölməsinin birgə təşkilatçılığı ilə göstərilən məktəbdə uzun illər həmin məktəbdə müəllim işləyən şair-qəzəlxan Məmməd Əvəzoğlunun 65 illik yubileyi və kitablarının təqdimatı keçirildi.
Tədbirdə məktəbin pedaqoji və şagird kollektivi,şairin dostları,qohumları
və qələm dostları iştirak etdi.
Görüşdə ətraflı və maraqlı çıxışı iştirakçıların alqışlarına səbəb olan AYB Lənkəran Bölməsinin sədri yazıçı-publisist Qafar Cəfərli, çair Ağamir Cavad və digər söz adamları yubliyara ən xoş arzularını çatdırdılar.
Çıxış edənlər yubilyarı təbrik edib barəsində ürək sözlərini dedilər.
Məktəblilər tərəfindən şairin ifa olunan şeirləri maraqla qarşılandı.
