Qəşəm Nəcəfzadə :-Unutduğum

Unutduğum
Gəncə unutduğum vaxtdı,
yolu avtobusdu-qırmızı,
Institutu –dörrdillik
fontanı - bir axşamlıq
davası – bir kücəlik...
Həmişə vağzalında payız olar
Bakı qatarı külək gedər.
Adamlar vaqona yarpaq dolar
adamlar tələsər qacar.
Vaxt vağzalı
payız kimi qovurar.
Unvermağı bir köynəklik.
Qaranlıqda lələləri bir bıcaq.
Göy gölündə vaxt donub,
gəlin gedək vaxt oyadaq.
Hər bicağın ağzında bir qız var
hər qızın adında bir tələbə.
Hər qorxunun dalında bir kənd var
kənd titrəyir döngələrdə hələ də.
Bir kölgəlik ağacı yadımdadı,
kölgənin yarısını quşlar
özləriylə götürdülər,
yarısını da yarpaqlar
aşağı endirdilər.
Onda bz
ağacın altında iki nəfər idik
ağac bizə baxıb sevinirdi.
Gəncə unutduğum vaxtdı,
məni ora nə avtobus aparar,
nə qatar.