Zəka Vilayətoğlu : - Tərki-dünya oluram,

Tərki-dünya oluram,
Belə qəmli ötmə, Ney,
ürəyimə od salır,
Belə qəmli ötmən, ey!
O yanğılı səsində
Qəm necə şirin olur,
Adamın sinəsində
İzi çox dərin olur!
Sən ötdükcə səsindən
Oluram bir lal kimi,
Ürəyim dönür cama,
Qəm süzülür bal kimi!
Gözəl olur o qəm ki,
Ondan sevinc doğulur!
Elə o sevincin də
Nurundaca boğulur!
Belə qəmli ötmə, Ney!..
Z. V.