Sevinc Qərib: -ÖLÜRƏM SƏNSİZ

Yağışa susamış quraqlar kimi,
ruhum qəribsəyir nəfəsin üçün.
Xiffətdən çatlamış dodaqlar kimi,
ürəyim göynəyir, ölürəm sənsiz...
Kimə rəhmi gəlib mənə də gəlsin,
hicranın xisləti dönməz, dəyişməz.
İmanı yoxdu ki, dinə də gəlsin..,
qəlbimi qəm didir, ölürəm sənsiz...
Aynalar xəstəhal göstərir məni,
rəngim avazıyıb, yanağım solub.
Ağlasın xan Araz, dəli Kür məni,
əcəl sinəmdədi, ölürəm sənsiz...