Əbülfət Mədətoğlu : - BİLƏR
 

Ədəbiyyat 09:52 / 27.04.2025 Baxış sayı: 2108


Məni , indiki anımda -

Meh də diz çökdürə bilər...

Buluddan qopan bir damla

Şeh də diz çökdürə bilər...

Hardasan məni eşidən?!.

Səs çıxmır Tanrı Kişidən...

Bu halda məni üşüdən-

Eh də diz çökdürə bilər...



Pörşələnir dilim, ağzım

Ürəkdi "qara" kağızım!

Elə yazılıb ki, yazım-

Zeh də, diz çökdürə bilər.