Mövqelərimiz atəşə tutuldu -Ordubad  istiqamətində

Gündəm 09:05 / 05.09.2024 Baxış sayı: 1343

Sentyabrın 4-ü saat 19:35 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.

Yenises.az  bildirir  ki,  Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.