Adil Şirin : -  Gözlərim yolda qalıb...

Ədəbiyyat 14:55 / 21.12.2024 Baxış sayı: 191

# #. #

Gözlərim yolda qalıb...

Bu duman hardan gəlib,

Bu duman hara gedəcək?

Nə dağlar görünür,

Nə yol görünür.

Bu duman məni dəli edəcək.

# #. #

İndi sonu görünməyən,

Yoldu içimdəki həsrət.

Yalan dünya dediyin

Dörd fəsil qürbət.

Yolun sonunda bizi

Gözləyir bir xəyalət.

# # #

Qarışdırdım gümanımı,

Bu duman bizim dağların dumanımı?

Harda olsaq,

Hara getsək başımız dərddə,

Ölüb, ölüb dirilirik

Vətən dediyimiz qürbətdə...