Zəka Vilayətoğlu - ÖMRÜ
Öyünməsin boranıyla, qarıyla,
badam çiçək açıncadır, qış ömrü!
Çox daş atıb istəyənlər olubdur,
perikdirmək, sinəmdəki quş ömrü!
Ürək torpaq, arzularım dən olub,
gec olsa da cücərən, bitən olub,
xoş niyyətə, sevgiyə vətən olub,
yaşayıram bu inamla xoş ömrü!
bəlkə qardır, bəlkə duman, bəlkə çən,
ya Günəşdir zirvəsində gözləyən?!
Olsa da çox, yaxşı-yaman söyləyən,
Aram-aram qalxıram yoxuş ömrü!
21.12.2022