Fərhad Tapdıqoğlu: - Yara.

Ədəbiyyat 10:25 / 21.12.2024 Baxış sayı: 254

 

                                               (miniatür)

Yar yara vurdu yara...Yar yarın qəlbinə vurdu yara...Yarın yarına vurduğu yara yetişmədi, bitişmədi.

Dedilər ki,yar yara vurduğu yaranı gərək yar yara ki, yara yetişə ,sağala, yar yarına yaraya..

Yaralı yar düşündü ki,yarı bütün maneələri yara- yara,heç nədən,heç kimdən çəkinməyərək, özünü ona yetirəcək...Amma...

Yarın yarının yarasını gəlib yarmasına ehtiyacı olması xəbəri yara yetişmədi,

çatmadı,ona demədilər..

...Beləcə,yarından yara alan yar ,yaranı özüylə həmişəlik daşıyaraq ,yarından yaralı qaldı..Yar yarına bir daha yetişmədi, yarı qaldılar, tam olmadılar....