Arzu Əsəd : - ETMƏYİN!

YAZARLAR 08:39 / 17.12.2024 Baxış sayı: 1314

Filoloq və filosof kimi tanıdığımız şəxslərin son zamanlar bir trend olaraq ədəbiyyat və fəlsəfə ilə dini bir-birinə qarışdırıb yeni bir hibrid təlim yaratmaları, insanlara elm üzərindən dini moizə oxumaları, əxlaq dərsi vermələri, Gurandan şeyx nəsrullahsayağı ərəbcə misal gətirib sonra onu azərbaycancaya tərcümə etmələri, bu zaman özlərini ağlın və qəlbin dərin qatlarındaymış kimi mənəvi ekstaz halında göstərmələri və sairə belə aktyor oyunları Azərbaycan ictimai, elmi və dini şüuru üçün çox zərərli bir haldır, reqressdir, ibtidailiyə və nəticə etibarilə irticaya meyllilikdir.

Etməyin!

Bu, kütlənin müəyyən qismi üçün cazib görünsə də, sağlam düşüncə səviyyəsində qəbul olunmayacaq bir tragikomik haldır.