Kəramət : - ƏXLAQ FİZİKİ HADİSƏ DEYİL

YAZARLAR 08:17 / 21.12.2024 Baxış sayı: 864

 

ANLAQSIZLIQ DA DAHİLİK

:::niyə məni-səni hamı, ən azından çoxluq, sevməli ki. Heç cocuqlar belə davranmır. Qosqoca adamlarıq; mən demirəm anormallıqla diqqəti cəlb etməyə çalış, hərçənd təbliğ-təşfiq olunur bütün ikrahdoğurucu hərəkətlər...Düşünülmüş reklamçılıqdı.

İdarəediciyə-MÜDİRƏ irəli düşüncə, normal yanaşma, müzakirə gərək deyil...debillər, falçılar, özündənpeyğəmbərlər gərəkdi.

Və Olara reklam krediti açır faizsiz, hətta özü mükafatlandırır, təşfiq edir ki, bir az da sarsaqla. Beləcə gülə-gülə alışdırılır, öyrəşdirilir, "nümunəyə" çevrilir ki....ki....Nə qədər sarsaq olsan daha çox məşhur olacaq, hətta mükafatlanacaqsan...Necə deyərlər,

-Yaşıl işıqdı, bas qaza...

Amma təzə sarsağa qədər, orda "qəza" da hazır dayanıb.

Tanınmaq uğruna hər zad məqbul...mu...mu?

Axı, kimsə sormur: "Canım-qardaşım BU nədi?"..

Məncə soruşmaq qabiliyyəti itib artıq və durğu işarələri içindən də "?" işarəsini çıxarmağın vaxtı çoxdan çatıb.

"!" və " . " işarələri bəsdi., vallahi də- billahi də.

Cavab da ikili; ya pissə, belə məşhur olmaz, hamı almaz-yeməz, t/v-yə, m/v-yə çıxarmazlar...ya da absurda bürünmüş hoqqabazlıq.

Prim gətirdiyindən sarsaq sarsaqlığının dozasını qaldırır, anlaşılmaz ANLAQsızlaşmaqda davam edir, olur ruhi xəstəliyin bir növü-ANLAQsız...

Əslində, toplumla belə söhbətləri də bihudə sayıram, ona görə ki, çox, amma çox .......sız-anlaqsız-və sairəsız olmuşuq e....

Nəyə yozursunuz yozun, bu da sizin .....