İsmayıl  İmanzadə : - ƏDƏBİ YARADICILIĞIMA DƏYƏR VERƏNLƏRİ HEÇ VAXT UNUTMURAM

YAZARLAR 08:36 / 28.04.2025 Baxış sayı: 5268

 

İlk dəfə ədəbi yaradıcılığıma yüksək dəyər verən Akademik Məmməd Arif Dadaşzadə olub. O, Azərbaycan Yazıçılar Bırliyinin (İttifaqının) 1965-ci il 23-25 dekabr aralığında keçirilən IV qurultayında poeziya üzrə məruzəçi qismində “Şimşək” adlı şeirimi oxuyub və ünvanıma bir neçə abzaslıq xoş sözlər söyləyib. Sonrakı illərdə Əli Vəliyev, Hüseyn Arif, Məmməd Araz, Tofiq Bayram, Cavad Cavadlı, Məmmədağa Sultanov, Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli, Möhbəddin Səməd, Tofiq Mütəllibov, Fərman Kərimzadə, Yusif Kərimov, Vaqif İbrahim... və digər görkəmli alim və yazarların mənəvi dəstəkləriylə ədəbi aləmdə yoluma davam etmişəm. Son iyirmi beş il ərzində isə Akademik Tofiq Hacıyev, tanınmış elm adamları,-Vaqif Yusifli, Rüstəm Kamal, İsmayıl Kazımov, Rafiq Yusifoğlu, Yusif Dirili, Tariyel Abbaslı... yazar dostlarımdan Vaqif Bəhmənli, Adil Cəmil, Flora Xəlilzadə, Vaqif Aslan, Ramiz Göyüş, Əbülfət Mədətoğlu, Günay Qarayeva,  Əli Rza Xələfli, Fəxrəddin Əsəd, Ələsgər Əlioğlu, İlham İnam... mətbuat səhifələrində ədəbi yaradıcılığımla ilgili yazılar dərc etdiriblər.  Bu yazıların bəziləri nəşr etdirdiyim bir neçə kitabda da “ön söz” qismində oxuculara təqdim edilib.

Bir neçə il qabaq keçmiş şagirdlərimdən biri, Gültəkin müəllim unudulmaz şair və jurnalist Cavad Cavadlının vaxtıyla-,(1974-cü ilin fevralında) “Azərbaycan müəllimi” qəzetində dərc edilmiş “Uğur olsun, İsmayıl!” adlı yazısını poçtla ünvanıma göndərmiş, xəyalən məni elə bil odlu-alovlu gənclik illərimə qaytarmışdı...

P.S. Bilənlər-bilir ki 1963-1993-cü illər aralığında yazdığım şeirlərin əlyazmaları, qəzet və jurnallarda işıq üzü görən şeirlərimi və publisistik yazılarımı yaddaşında saxlayan nəşrlər Böyük Mərcanlı kəndində qalmış və təbiidir ki düşmən tərəfindən məhv edilmişdir. Ona görə də həmin o uzaq illərdə mətbuatda dərc olunmuş yazılarıma rast gələn dostlara üz tutub deyirəm ki onları mənə çatdırmaqla böyük savab qazanmış olarsınız...

P.S.S. Yuxarıdakı yazımda adları çəkilənlərin arasında dünyasını dəyişənlərə ulu Tanrıdan rəhmət diləyir, indiki günlərimizdə öz əməli fəaliyyətlərini davam etdirənlərəsə cansağlığı, yaradıcılıq uğurları arzulayıram...

27 aprel 2025-ci il

Bir 1 nəfər və bunu deyən yazı "„.Азарбалчан ше'р муэллими"ния хушаси УГУР олсун, Исмажыл! ы мурллими! ryeso Овлар варамр. шанри пичаклидир, HemajM.s ЧАвадлы. МУЭЛЛИМ барлыдыр, ЕШГИ бахыплан бир сачен Гара нечгдизи кашдырар, рурудур, ES19 АНА емур-омур- н кар. ЛА БАХЫР... ала КЕмас a3a табарына фякреи онупчух огдуидан кусар. ны сомта бахар, дикар... Исмамма иманов." şəkili ola bilər