Ərdoğan: Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq

SİYASƏT 18:43 / 04.07.2025 Baxış sayı: 1527

Türkiyə hər zaman və hər bir məsələdə qardaş Azərbaycanın yanındadır.

Yenises.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə iyulun 4-də Xankəndidə baş tutan görüşdə deyib.

Türkiyə Prezidenti qeyd edib ki, bu, həmişə belə olub və bundan sonra da belə olacaq.

Azərbaycan və Türkiyə prezidentləri həmçinin əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıblar.