Elnur Uğur Abdiyev : -Daş-kəsəkli yolu sevdim...
jpg-1753090068.jpg)
Daş-kəsəkli yolu sevdim,
Həzər yolun hamarından.
Mən yaşamağı öyrəndim,
Atamın əl qabarından.
Körpü oldum ötən keçdi,
Bir məndən neçə mən keçdi.
Şuşa-Şuşa Vətən keçdi,
Könlün Laçın qübarından.
Dərvişəm gəzirəm veyil,
Qeyri eşqlər mənlik deyil,
Nuş etdim doğulan gün bil,
Vətən eşqi nübarından.
Söz misramda şimşək çaxır,
Zaman tamaşaçı baxır.
Şükür,Rəbbim,Vətən axır,
Şerimin şah damarından.