Təranə  Məmməd Sərtib Məhərrəmov TƏBRİK etdi

YAZARLAR 14:59 / 23.07.2025 Baxış sayı: 1426

Deyirlər, hər kəs Yer üzünə bir məqsədlə yollanır. Mənə elə gəlir ki, Sərtib Məhərrəmov doğma yurda ömür boyu xidmət etmək üçün, elinin, obasının dərdinə şərik omaq üçün və nəhayət, hələ uzun illər öncə Qərbi Azərbaycanın dərdini öz dərdi kimi çəkmək üçün gəlib bu dünyaya.

Tanrı bu insana yazmaq, yzılarda əsas məqamları sezmək, nəyi nə vaxt və necə yazmaq istedadı bəxş edib. Bəlkə məhz buna görə Sərtib müəllim illərdir, canı bahasına, bəzən şəxsi vəsaiti bahasına, gecəni gündüzə qatıb “Vedibasar” adlı çox maraqlı, məzmunlu bir qəzeti yaşadır və onun səhifələrində hər dəfə illər boyu bir amala xidmət edir: bir zaman vəhşicəsinə qovulduğumuz torpaqlar küçəsinə, məhəlləsinə qədər unudulmamalıdır.

Uzun illər baş redaktoru olduğu bu qəzet Sərtib Məhərrəmovun Qərbi Azərbaycan naminə döyüş meydanına çevrilib.

Bu gün uzun illərdən bəri tanıdığım, Qarabağ hadisələrinin ilk mərhələsindən ta Zəfərimizə qədər eyni əqidə ilə, eyni mübarizliklə birgə vuruşduğum, özünün dediyi kimi, əqidə dostum Sərtib Məhərrəmovun doğum günüdür. Bilmirəm, onun doğum gününün Respublika Mətbuat Günü ilə üst-üstə düşməsi adi bir təsadüfdürmü?!

Qürur və fərəh hissi ilə qeyd edirəm ki, Cənab Prezident İlham Əliyevin sərəncamı ilə Sərtib Məhərrəmov “Tərəqqi” medalı ilə təltif edilib. Bu onun zəhmətinə verilən layiqli qiymətdir!

Fürsətdən istifadə edib Sərtib Məhərrəmovu və bütün mətbuat işçilərini bayramları münasibəti ilə təbrik edirəm. Sözünüz kəsərli, qələminiz iti olsun!