Əlirza HƏSRƏT : - SƏNDƏN AYRILMAQ DA SƏADƏTİMDİR

Ədəbiyyat 10:05 / 21.07.2025 Baxış sayı: 1627

 

Mənim gözlərimdən su içib deyə,

Nə gözəl uzanır yolun,ayrılaq.

Hayandan bağrıma basım ki səni,

Dolansın boynuma qolun,ayrılaq.

 

Açılıb dağların duman bələyi,

Təslim bayrağımız durna lələyi.

Qoy öpsün saçını Bakı küləyi,

Mən də bulud kimi dolum,ayrılaq.

 

Göz yaşı sevgiyə ibadətimdir,

İbadət eyləmək bir adətimdir.

Səndən ayrılmaq da səadətimdir,

Beləcə,gəl zalım-zalım ayrılaq.