Liderlər və qızları şəkil çəkdirdilər - VİDEO

SİYASƏT 15:50 / 16.07.2025 Baxış sayı: 2965

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva ilə görüşüb.

Yenises.az xəbər verir ki, daha sonra liderlər və övladları bir araya gələrək xatirə şəkli çəkdiriblər.