Lənkəranda növbəti  tədbir

MƏDƏNİYYƏT 21:05 / 19.07.2025 Baxış sayı: 1918

Bu gün -19 iyul 2025-ci il tarixdə AYB Lənkəran Bölməsinin,AYB Lənkəran təşkilatının və Lənkəran Mərkəzləşdirilmiş Kitabxananın Sisteminin birgə təşkilatçılığı ilə AYB Lənkəran Bölməsində Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi və yazıçı Hacı Etibar Əhədovun yenicə nəşr olunmuş "Lənkəranın mərbuat salnaməsi" kitabının təqdimatı ilə bağlı tədbir keçirildi.

Tədbirdə bölgə yazarları,

jurnalistlər,mətbuat nümayəndələri,ziyalılar iştirak etdi.

Tədbirdə çıxış edənlər Milli mətbuatın keçdiyi şərəfli yoldan danışdılar ,cənub bölgəsində mətbuatın yaranması,inkişafı, bu günkü vəziyyəti ilə bağlı düşüncələrini bölüşdülər. Lənkəranın mətbuat salnaməsini əks etdirən kitabın qiymətli bir mənbə,maraqlı məlumatları özündə cəmləyən dəyərli bir kitab olduğu qeyd olundu .

Tədbirdə mətbuatla sıx əlaqəsi olan bir qrup yazara AJB-nin Fəxri Fərmanı,həmçinin yazıçı publisist İltifat Ahmedova AYB-nin, peşəkar mətbuat isçisi MehmanAliyevə isə AJB-nin üzvlük vəsiqələri təqdim olundu.