Sədaqət Kərimova HƏMKARLARIN TƏBRİK ETDİ

Bu gün Azərbaycan jurnalistlərinin peşə bayramıdır.
Maddi və mənəvi çətinliklərə baxmayaraq, qələminə və ideyalarına sadiq olan, yazmaq xatirinə deyil, ürəyinin hökmü ilə zamanın nəbzini tutan, həyatı və fəaliyyəti ilə Həsənbəy Zərdabi məktəbinin davamçısı olduğunu sübut edən bütün həmkarlarımı bu bayram münasibətilə təbrik edirəm.
Mükafat, vəzifə, ad-san naminə deyil, vicdanının səsini duyaraq yazıb-yaradan, yuxusuz gecələr keçirən, ağ vərəqlərə həyəcanlarını, narahatlıqlarını köçürən, cəmiyyətə qəlbinin haraylarını çatdıran, ürəyi vətən eşqi, insan sevgisi ilə döyünən bütün qələm dostlarıma can sağlığı və yaradıcılıq uğurları arzulayıram.