Hadrut və Xanobada 74 ev təmir olunacaq

Xocavənd rayonunun bir qəsəbə və bir kəndində ümumilikdə 74 fərdi yaşayış evinin təmir işləri aparılacaq.
Bu barədəAğdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.
Məlumata görə, Hadrut qəsəbəsində ümumi sahəsi 7236,90 kv/m olan 43 ədəd və Xanoba kəndində isə ümumi sahəsi 5217,30 kv/m olan 31 ədəd fərdi yaşayış evinin təmir işləri aparılacaq.
Xidmət təmir işləri ilə bağlı “Real-İnşaat” MMC və “Elmi Bərpa İstehsalat” MMC ilə müqavilə bağlayıb. Müqavilələrə əsasən, 74 evin təmiri 4 milyon 337 min 554 manata başa gələcək. ( İqtisadiyyat.az )