Əlizadə Nuri : - 

Çəkdim ciyərimə tütün dünyanı...

Ədəbiyyat 18:17 / 19.01.2025 Baxış sayı: 505

Canımdan o qədər sular axıb ki-

Mənim ağrılarım dərinə düşüb.

Yerinə düşməyib nə demişəmsə,

Nəyi deməmişəm- "yerinə düşüb"

 

Uşaqlar zər yığır suyun üzündən...

Yenə tər tökülür yayın üzündən...

Yeriyib öpərdim ayın üzündən

Qorxdum göy üzünün şərinə düşüm.

 

Çəkdim ciyərimə tütün dünyanı...

Mən necə düz keçim bu tin-dünyanı?

Neynim, ikiəlli tutum dünyanı-

Ki dünya bir dəfə əlimə düşüb?!