Bəhruz Nifrəliyev : - Bir gecəlik sevginin...
jpg-1745646387.jpg)
Üzümə bəzək olub,
Qəlbimdəki qaşqabaq.
Yerində boşluq yoxdu,
Eləmişəm daşqalaq.
Ürəyimdən düşmüsən,
Üzərimdə ətrin var,
Bəlkə, bir də başlayaq?!
Bəlkə… bir də başlayaq?!
Üzümə bəzək olub,
Təbəssümüm göyədir.
Sənin yoxluğun acı,
Boğazımı göynədir.
Udquna bilmirəm e,
Unuda bilmirəm mən.
Ruhumu bir özgəylə
Ovuda bilmirəm mən!
Bir gecəlik sevginin,
Gör necə bir xətri var.
Dodağımda izləri,
Qucağımda ətri var.
Quruda bilmirəm e
Gözümdəki nəmləri.
Puç etdin, bax heç etdin,
Göz önündə Sən məni!
İndi baxışla deyib
Umansan… xeyri olmaz.
İndi bağışla deyib,
Utansan xeyri olmaz.
Bir gecəlik sevginin,
Gör necə bir xətri var.
Dodağımda izləri,
Qucağımda ətri var.
26.04.2025