Bəhram Bilaloğlu : - Sanma ki...

Ədəbiyyat 21:29 / 25.11.2022 Baxış sayı: 2167

Sanma ki dərdliyəm,dərd sıxır məni,

Xəyal etdiyinin, səsin duyursan.

Ağarıb saçlarım,dən düşüb indi,

Ömür yollarımda, azır,uyursan.

 

Adətə çevrilib,qınamaq indi,

Soruşan yoxdur ki,özüm necəyəm.

Hisslərim yamanca qarışır durur,

Qarışan hissimdə sanki gecəyəm.

 

Özünü görməyən,gözlər gəzirəm,

Soruşum, həyatı necə çözürlər.

Bəxtiyar olmayan,bəxtsiz adamlar,

Faydasız həyata eşqsiz dözürlər.