Ayaz Arabaçı : - Pomidoru boş verin..

Son illərin statistikasıPomidoru boş verin.. Azərbaycan diasporunun Rusiyada sosial baxımdan önəmli mövqe tutduğunu göstərir.(Nə dərəcədə doğru olduğunu bir Allah bilir)
Burda yaşayan yüz minlərlə azərbaycanlı miqrantın taleyinin bu qaranlıq məqamlarında diasporumuzun görəcəyi mühüm işlər var.
Get-gedə artan millətçi meyllər, daxili təzyiqlər, həm də Moskvanın miqrasiya siyasətində sərtləşmə dalğası orda o azərbaycanlıların burda da bizim yuxumuzu qaçırıb.
Kütləvi yoxlamalar və reydlər
heç yaxşı əlamət deyil, üstəlik təhqirlər və qətllər də var.
Kiçik hüquq pozuntularına görə sərt cəzalar planı işə düşüb.qaralama siyahılar hazırlanıb,demək olar ki gündə bir "sürprizlə" qarşılaşırıq.
Rəsmi və qeyri-rəsmi mediada miqrantlara qarşı qara piar başlanıb.
Mən bilmirəm müharibə şəraitində olan Moskva daxili cəbhədə düşmən obrazı yaratmaqla nə qazanacaq.. .
Bu addım çox güman ki, ictimai narazılığı başqa istiqamətə yönəltmək üçündür.
Gözünə də Azərbaycanı təzyiq altında saxlamaq istəyini qatıblar.
Amma Kremlin qarşısında eşşək boyda əngəllər var.
Azərbaycan dövləti ilə iqtisadi və enerji əlaqələri var, bu münasibətləri pozmaq istəməz.
Bir də ki, Rusiya durduğu yerdə niyə güclü bir
iqtisadi yumruq yesin ki?.
Axı azərbaycanlılar Rusiyanın bir çox sahələrində əsas işçi qüvvəsidir.. Diasporumuz məhz bu ipləri əlində möhkəm saxlamalıdır..