Kəramət : - SATQINLIQ ..SƏNİ YOX, ÖZÜNÜSATMAQDI

YAZARLAR 10:26 / 20.07.2025 Baxış sayı: 1532

SATQINLIQ ..SƏNİ YOX, ÖZÜNÜSATMAQDI

SƏNİ sevməyənlər, xəyanət edənlər mükafatlanırsa,

...nə qədər qiytmətli olduğunu bilməlisən. Onu da bilməlisən ki, çoxluq həmişə yüngül, öyrəşdirilmiş, rahathülqum, ona alternativ öyrətməyən əşyanı, yeməyi-geyməyi, nəhayətində Adamı sevər, təriflər, mükafatlandırar. Yazıqlara , dilənçilərə-Fiziki, mənəvi ruhi-əqli qüsurluya meydan verər.

NƏDƏNi çox sadədi...kütlə, xalq, millət düşünmək istəmir, YADDAŞININ TANIMADIĞINDAN QORXAR. Və yaxud da DÜŞÜNƏ BİLMİR,...

XALQLARI DÜŞÜNCƏLƏR YOX, ADƏTLƏR-ÖYRƏŞDİRİLMİŞ TƏLİMLƏR İDARƏ EDİR.

Xalqlar hər zaman, onu irəli daşıyan düşüncə sahiblərini, sərkərdəsini (hər sahədə, anlamda) qətl etmiş, sonra o sondürdüyü işiğı tutub yoluna davam etmişdir.

DÜŞÜNMƏK ən ağır fiziki əməkdən daha çox əmək istər. İnsanların fiziki davranışları, adət-ənənələri onu idarə edir, düşüncələri yox...

İdarəedənlər kütlənin şah damarını tutar, uyuşdurucu düşüncəsizliyi yeridər...təbliğat, reklam, ad-san, mənsən, mükafatlar bunun bir parçasıdı hər yerdə, hər adamın-xalqın öz dozası var.

Əşyapərəstlik misginliyi.

Fanatizm, azərkeşlik düşüncəsizlik yaradır, sevmək üçün də, nifrət üçün də bəhanələr-əsaslar tapa bilərsən, xəyanət üçün də, fanatizmlə müzakirə-mübahisə eləmək nadanlıqdı. İnanclar da belədi.

.....şaha təlxəklik də...amma bir yerə qədər, (Ə. Nesinin "ŞƏRQ-QƏRB yaltağı" qarşılaşdırması kimi) axı yeni , vaxta uyğun təlqinlər varkən. Məkkəyə dəvəylə yox təyyarəylə gedirkən..kosmik gəmidə namaz qılmazlar..Göy Üzü Daş saxlamaz-ı göyə qaldırmazlar, pafos-patetika, poz vermək, illuziya yaradır və nəyin nə olduğundan bixəbər ağlayıb-gülürsən...

Tarixboyu hökmdarlar təlxəkləri ona görə seviblər ki, düşünən beynin qürurunu ayaqlar altında oynadığını, şəkildən-şəklə düşüb simasızlığını sübut etmək istəyiblər xalqa...

-BAX, SƏN BUsan, QARŞIMDA SÜLƏNƏN, ƏQİDƏNİ-PARTİYANI DƏYİŞƏN, BÜTÜN PREZİDENTLƏRƏ TULASAN..bax belə...

ƏLAvə olaraq;

"Monolit"-nostolji kafesində dumanlı -dumanlı düşünürdü ki, səni satanlar qazanırsa, deməli qiymətlisən, yoxsa mükafatlanmazlar, heç qeybət mövzusu da olmazsan.,bu və ya digər şəkildə.

Pıçıltıyla-xırçıltıyla hayqırırdı...

--ÖLMƏYƏ HAQQIN YOXDUR!