Arzu Hüseyn : - İndi MƏNSİZ...

Ədəbiyyat 07:40 / 24.04.2025 Baxış sayı: 1040

İndi mənsiz nə yaşasan,

Yağış, duman, çəndir sənə.

Təkcə mən idim Vətənin,

Qucağım vətəndi sənə.

Oxuyanda yanıqlı səs,

Ayrılıqdan nəğmə gecə,

Kövrələrsən mənim üçün,

Darıxarsan gizlicə.

Nə yalan deyim, axı sən

Yad deyilsən gizlədəm.

Qürüruma yedirmərəm,

Nə olsun ki,

Nəfəsinə,gülüşünə

həsrətəm.

Birdə qəflət yuxusundan,

Oyandım ki, bom-boşam.

Daha içimdə kiçilib,

Bitdin.

İndi get yaşa…