Zəka Vilayətoğlu : - Dağlar məni yaman çəkir özünə!

Ədəbiyyat 09:17 / 05.07.2025 Baxış sayı: 1275

Bu şəhərdə qərar tuta bilmirəm,

Dağlar məni yaman çəkir özünə!

Dumanında azıb qalır xəyalım,

Yol gəzirəm yamacına, düzünə!

Dağlar məni yaman çəkir özünə!

 

Qucağında kimliyimi tanıram,

Eşqə dönüb alışıram, yanıram,

O dağları doğma anam sanıram,

Üz sürtürəm yanağına, üzünə!

Dağlar məni yaman çəkir özünə!

 

Doğmalığı od qalayır canında,

cıtırtısı var Zəkanın qanında,

Ah! yenə də bu dəm olam yanında

Ayaq basam cığırına, izinə,

Dağlar məni yaman çəkir özünə!

Bir 1 nəfər şəkili ola bilər