Şahverən  Cavad -  Torpağında məzar yerim üşüyür

Ədəbiyyat 19:53 / 23.10.2026 Baxış sayı: 380

 

Torpaqda ölmək üçün can atan dalğayam mən,

Külək kimi üstündə

əsim-əsim əsirəm.

Soyumdan bütöv gəlib ruhumun xəritəsi,

Vətəni parçalanmış günahsız müqəssirəm.

Ay vətən !

Nəsillər qaynaq-qaynaq- dəmirağacı kimi,

Çiyin-çiynə dağlarıq-qalalara olduq tən.

Əbədi evimizdir sinəndəki məzarlar,

İlk vətən-ana bətni,son ünvan-Ana vətən,

Ay vətən !

Uğrunda o şəhidlik növbəsinə duran da-

Bir ana arzusunun açılmamış qönçəsi .

Damarlarında şəhid qanı axan al çəmən-

Nakam köçən əsgərin bir gəlinlik xonçası,

Ay vətən !

Sən anamın çaldığı ilk müqəddəs laylamsan-

Ömürlərin bitməyən saf bərəkət beşiyi .

Tanrının qismətitək qəlbimdə gəzdirdiyim

torpağında beş arşın məzar yerim üşüyür,

Ay vətən !

23 . 10 . 2026