Elnur Uğur Abdiyev - Altı zəmi...
Ədəbiyyat
20:02 / 23.10.2026
Baxış sayı: 365
Altı zəmi,
üstü zəmi,
bu zirzəmi,
dünya evim.
Hardan - hara,
Qovan var a,
Qovur ora,
Mən nə bilim?
Boyun burub,
Oyun qurub,
Soyundurub,
Gedir, gəlim.
Ömür sayır,
Gün,il ayı.
Soyumayır,
Səndən əlim.
Həyat şirin,
Su,su verin!
Bu al-verin,
Sonu ölüm,
Sonu ölüm,
Sonu ölüm!