Aysel  Xanlarqızı Səfərli

Ədəbiyyat 12:49 / 23.10.2026 Baxış sayı: 163

Limanları ayaq altda tapdamağa başlayandan,

Ele sandım aramıza girən təkcə ölkələrdir.

Axşamların qollarında təkliyimlə rəqs edəli,

Düşündüm ki, işığıma qaçan qara kölgələrdir.

Sonra, susan telefonda xoş söhbətlər səbrə döndü,

Ayrılığa məktub yazdım göz yaşımla, gecələrdir…

Tək günahım- bütpərəsttək səndən Tanrı yaratmağım,

Adiləşmiş bir məhəbbət boşa gedən bəlkələrdir…

Bağışlasın məni Allah, gözü yaşlı təkliyimə,

Eşqin yolu yağmalanmış, tərk edilmiş küçələrdir…

Sən haqlısan, ey sevgili, sənsən qutsal, tək günahkar

Könlümdəki buz şəhəri tərk etməyən sərçələrdir…