Şakir  Xanhüseyn - SƏXAVƏT OXUYUR...

Ədəbiyyat 20:59 / 24.03.2026 Baxış sayı: 272

 

Səxavət Məmmədovun  xatirəsinə

 

Səxavət oxuyur, elə bilirəm

səsində bir yara vardır çox dərin...

Deyə də bilər bir ürəyi yanan:

susuzam, mənə o səsdən gətirin...

İllərlə illərin həsrətlisitək

atəş körükləyir, hə, bu səs elə...

Bəzən də sanıram od alıb, yanıb

yanmaqdan qurtarram

mən bu səs ilə...

Ruhum sığallanıb oxşanır kimi

sanki üz təması, əl təmasıyla...

Dünyanın işləri yönə düşmür ha

kiminsə arzusu, iltimasıyla...

Bir səslə odlanıb alışmaq da yey,

qəfildən yanasan, külün qalmaya...

Eşidib bir səsi milyon səs susar,

acılar yığılar bir külqabıya...

Adamı yandırıb suya döndərir

qəmli mahnıların alovu, közü...

Birdən çaşqınlıqla döyükürəm ki,

Səxavət oxuyur, bəs hanı özü?!.

2025