İdris Babayev - DEYİM YAXŞI ADAM SƏNƏ
Dünya fani, ömür gödək,
Dedim axı, nadan, sənə.
Get ağac ək, ya da yol çək,
Deyim yaxşı adam sənə
.....
Sùlh gətirən sözùn olsun,
Uzaq görən gözùn olsun,
Bir utanan ùzùn olsun,
Deyim yaxşı adam sənə.
*
Yıxılan görəndə qaldır,
Sönən bir ocagı yandır,
Mùnaqişəni dayandır,
Deyim yaxşı adam sənə.
*
Yalan gəlməsin dilinə,
Xəyanət etmə elinə,
Getmə fitnəkar felinə,
Deyim yaxşı adam sənə.
*
Təkəbbùrdən ol sən uzaq,
Dost yolunda qurma tuzaq,
Idris kimi ol ùzùağ,
Deyim yaxşı adam sənə.
..
23.03.18.