Xatirə Rəhimbəyli -  Tərəfləri.

Ədəbiyyat 21:06 / 12.02.2026 Baxış sayı: 401

 

Hər kəs İlahidən boşalır,dolur ,

Sevgidən göyərir,həsrətdən solur.

Hər kəsin ürəkdə oz yeri olur ,

Göynəyir qəlbinin boş tərəfləri

 

Bircə yol vuruldu ,sevdi ,inandı,

Demə ki ,bu ürək boşuna yandı.

Bu küskün həmişə küncdə dayandı,

Onundu qəlbinin baş tərəfləri.

 

Unuda bilmirəm ...küsmüşəm guya ,

Dəyişə bilmirəm ,hər nəyəm ,buyam .

Mən sənin könlünün zindanındayam ,

Yerim ürəyinin daş tərəfləri ...