Şakir  Xanhüseyn - BİR İKİ

Ədəbiyyat 20:37 / 12.02.2026 Baxış sayı: 422

 

1

***

əlimi çağırıram, hanı,

ayağımı çağırıram, hanı,

solumu, sağımı çağırıram, hanı

gözümü,

qaşımı,

başımı çağırıram, hanılar...

dizimi,

dirsəyimi,

ürəyimi çağırıram,

ay verin, eyy,

hayıma hay verin...

2

***

mənimçün bir heç nə çal, aşıq,

bir heç nə dilləndir;

uyut, uyut,

ovut bir heçnəylə qəlbimi...