Xatirə Rəhimbəyli - SƏSİ ŞƏRHDƏ...
Üzü o tərəfə, könlü bu yana
Ay iki arada qalan ey, salam.
Yığval tərsə düşüb, yol düz gəlməyib,
Ürəyi həsrətdə solan ey, salam.
Gəzir aralıqda qatı duman,çən.
Eh,nə bu mən mənəm, nə də o sən sən.
Ürəyim eşitdi ürəyin verən
Allah salamını…Salam ey,Salam!
Hər dua Allaha agah olmur ki,
Quruca bir salam günah olmur ki…
Hər qəlbin salamı,”Segah” olmur ki,
Ürəyim inlədi:”Balam ey…” Salam.
Eh,gəlirsiz gəldi bu gidi gərdiş,
Ürək dərd çəkməyi eylədi vərdiş,
Salamın qurusun,salamsız dərviş,
Eylədin ruhumu talan ey… Salam