Elirza Xələfli : - Qəlbidəki qəlbin qələbəsi yaxud bizə düşən qismətin ağ yolu
Faiq Qismətoğlu- 70
Faiq Qismətoğlunun qadası, bəlası getsin 50 il dostluq etdiyim, ancaq axırda çürük olduğunu bildiyim kimsələrin ürəyinə...
Vallah Emin Eminbəylinin sözü olmasın, sən Faiqi də mənə dostluq üçün allah göndərib... Yoxsa mənə qalsaydı qəlbimdəki Qismətin yerini kim tutacaqdı allah özü daha yaxşı bilər
Nəşriyyatın koridorunda ağzım qızışıb, hündürdən danışanda qəfil görmüşəm gəlir...
Utanmağım bəs olmayıb, hələ bir daldalanmaq da istəmişəm.
Qələminə, yazı istedadına, sözünün səliqəsinə görə ayrıca bir məktəbdir Faiq Qismətoğlu...
Mətbuatla ilgili ictimai təşkilatlar Faiq Qismətoğlu kimi jurnalistlərin müntəxabatını, sisfemli xronikal dərsliklərini yaratmalıdırlar
Ayrılığın və həyat iztirablarının bəxş etdiyi ağrı acılarla savaşa. - savaşa yaradıcılıqdan qalmayasan..
Fəal jurnalist həyatında qələmin müqəddəs vəzifəsini qoruyasan
Vicdana güvəncli olmağın yolu çox işıqlıdır
Axı Faiq adının mənası üstün, qəlbidə olan, qalib, fərqli... anlamlarını bildirir
Adına sahib çıxmaq, adına uyğun yaşamaq Faiq. Qismətoğlunun birinci qələbəsidir