Ağaevli Əli Hacı - İllərimin o başından
Ədəbiyyat
11:15 / 14.07.2026
Baxış sayı: 417
,
çatdım ömrün bu başına !
Öz yükümü söz götürüb
qatdım ömrün göz yaşına !
Açıb yolun su oyatdım,
acıb cana suya atdım.
Ürəyi suya boşaltdım
bəlkə,ömrə gün yaşana !
Sıxdım göyün köynəyini,
kəsdim yerin göynəyini !
Gecə dəyişdim əynimi
payızdan ömrün qışına !