Xatirə Rəhimbəyli - Əvvələ yüyürür hər şeyin sonu,

Əvvələ yüyürür hər şeyin sonu,
Kürə şəklindədir dünya,biləsən.
Səni itirdiyim yerdə dayanıb
Səni gözləyirəm,dönüb gələsən.
Gələsən ,arxadan çatasan mənə,
Görəsən arxada qalan nə çəkir...
Qayıdıb gələsən ömrün qışına ,
Görəsən açmamış solan nə çəkir.
Görəsən nə alıb aparıb səni,
Görəsən nə tutub məni. saxlayıb .
Gedənmi haqlıdır,qalanmı haqlı,
görəsən,zamanı kim qabaqlayıb...
Əvvələ yüyürür hər şeyin sonu,
Kürə şəklindədir dünya,biləsən.
Səni itirdiyim yerdə dayanıb
Səni gözləyirəm,dönüb gələsən