Xatirə Rəhibəyli - Gələrsən görərsən yoxam darıxma,
Gələrsən görərsən yoxam darıxma,
Darıxma,bir azca xatirə çeynə,
Sonra da üstündən təzə bir eşq iç...
Gəlib görərsən ki,yoxam ,darıxma,
Darıxma,sadəcə bir az önə keç,
Ayaqla xatirəm səpilən yeri..
Gəlib görərsən ki,yoxam,üzülmə,
Düşün ki,əlləri üzüldü getdi,
Səhər dumanı tək,gecə şehi tək
Bu eşqin gözündən süzüldü getdi.
Gəlib görərsən ki,yoxam,sevin də,
Sevin bir yoxluqda təzənməyə,
Sevin ,qoy xatirəm yumulu qalsın,
qoyma,açılmağa ,çözələnməyə.
Gəlib görərsən ki,yoxam ,darıxma,
Niyə,nədən deyib soruşma qəti.
Qətiiyyən darıxma,üzülmə qəti...
....Sənə halal etdim bu məhəbbəti..