Bəhram Bilaloğlu - Gözlərindən süzülən

Ədəbiyyat 22:39 / 29.06.2026 Baxış sayı: 1023

Gözlərindən süzülən,

Göz yaşına heyranam.

Ey eşqə ağlayanım,

Gözlərinə qurbanam.

 

Eşqi uca tutanım,

Səni necə sevməyim?!

Fatimə balasından

Gəlir eşqi öyməyim.

 

Təcəlla edir könül,

Yetir eşq məktəbinə.

Göyərdir söz toxumun,

Yetişir səbəbinə.

 

Sözün elə əvvəli,

Nöqtəsi orda bitdi.

Əhli-beyti sevənlər,

Cənnətə burda yetdi.