Xanim Ismayılqızı : - Xanim Ismayilqizi

Ədəbiyyat 21:24 / 27.03.2025 Baxış sayı: 1025

...Sübhün açılışına hazırlıq görür quşlar,

Ürəkləri doludur susduqları gecədən.

Pəncərəmin altında gecə simfoniyası,

Səslər göyə uçurlar hələ yatmış küçədən...

...Nə gecə çıxıb gedib, nə səhərdən xəbər yox,

Günün naməlum vaxtı hissə söz qoşanlar var.

Dörd divar arasından ürəyini qoparıb,

Səslərin qanadına nəfəsi aşanlar var...

...Birdən susdular quşlar, qarğalar dilə gəldi,

Bu bilinməz zamanın

qəfil sehri qaçıldı.

Yağışın damcıları silkələdi küçəni,

Durum qəhvəmi içim, bu da səhər, açıldı...

27 mart, 2021.