Ağaevli Əli Hacı - ÇIXA

Ədəbiyyat 11:38 / 31.07.2026 Baxış sayı: 520

Çörək çıxmadı şeirdən,

Çörək gərək,daşdan çıxa !

Yaz,yay,payız yaşamağa

Şeir gərək,qışdan çıxa !

 

Söz ki,yetişdi ağız-dar

Yazan qələm,kağızı var !

Gərəkdi lap bir ağız var,

Suya bata,yaşdan çıxa !

 

Doğru düzü düz danış sən,

Dilin yanar üz danışsan !

Əl verdiyin söz danışsa,

Şeir gərək,başdan çıxa !

Nə başı aşağı ola,

Nə də göy qurşağı ola !

Elə barışığı ola,

Şerə çörək,daşdan çıxa !