Vaqif Səmədoğlu - “Sevincimi mənə qaytar!”
Ədəbiyyat
10:51 / 24.08.2026
Baxış sayı: 299
“Sevincimi mənə qaytar!”
Əllərini, gözlərini,
Nəfəsini, sözlərini,
Ürəyimdən qopar, qopar,
Özünlə apar!
Ahh çəkdiyin gecələri,
“Yox” dediyin küçələri,
Ürəyimdən qopar, qopar,
Özünlə apar!
Sevdiyimiz şeirləri,
Gördüyümüz şəhərləri,
Ürəyimdən qopar, qopar,
Özünlə apar!
Payız rəngli baharları,
Kölgən düşən divarları,
Ürəyimdən qopar, qopar,
Özünlə apar!
Quşlar sənsizlikdə uçar,
Güllər sənsizlikdə açar,
Yoxluğun bir zəncir kimi
Əl-qolumu bağlayıb, yar!
Məni sənsizlikdən qurtar!
Sevincimi mənə qaytar!
Xatirəni... gəl özün apar!
Vaqif Səmədoğlu